image-modern-az_sahibe-qafarova_916backend

Sahibə Qafarova jurnalistləri təbrik etdi

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

Veteninfo.az xəbər verir ki, xəbərdə qeyd edilir:

Hörmətli mətbuat nümayəndələri!

Sizi 22 iyul – Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu gün milli mətbuatımız ölkəmizdə demokratik vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır, Azərbaycanın demokratik inkişafına özünəməxsus töhfələr verir. Xüsusilə, Azərbaycan dövlətçilik tarixinə parlaq hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında milli mətbuatımızın və jurnalistlərimizin səmərəli fəaliyyəti yüksək qiymətə layiqdir.
Azərbaycan Respublikasının Milli Məclisi öz fəaliyyətində kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
Bir daha sizi peşə bayramınız münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki