image-86715160-4bec-3bf3-8898-0deeca43b2e3_850backend

Şahin Seyidzadənin deputat səlahiyyətinə xitam verildi

image-reklam_sirab_01

Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətinə xitam verilib.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

***

saat 16.02

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

İclasın gündəliyinə MSK-nın 3 sentyabr 2021-ci il iclas protokolunun təsdiq edilməsi, 6-cı çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətinə xitam verilməsi, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunda nəzərdə tutulmuş sənəd nümunəsinin təsdiq edilməsi, MSK-nın normativ xarakterli aktına dair, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və cari məsələ daxildir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ş. Seyidzadə deputat mandatından imtina etməsi ilə bağlı MSK-ya müraciət edib.

Xatırladaq ki, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir. Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, MSK-ya ərizə (rəsmi məlumat) daxil olduqda, MSK ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.

Qərarın MSK tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image