image-3backend

Şanlı zəfərimizi təsdiq edən Üçtərəfli Bəyanat

image-reklam_sirab_01

Şanlı zəfərimizi təsdiq edən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından artıq 4 il ötür. 27 sentyabr 2020-ci ildə erməni silahlılarının Azərbaycan ərazisində atəşkəsi pozması, yaşayış məntəqlərimizə ağır silahlardan atəş açması 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasına səbəbəb oldu. Bu müharibə Azərbaycanın haqlı savaşında onun qələbəsi ilə nəticələndi. 10 noyabr 2020- ci ildə bu qələbəni rəsmiləşdirən üçtərəfli bəyanat imzalandı. Bəyanat Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin iştirakı ilə imzalanmışdır. Bu sənəd Ermənistanın kapitulyasiyasını və Azərbaycanın qələbəsini rəsmiləşdirən ilk bəyanatdır.
Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış bu bəyanat 30 ildən çoxdur ki, düşmən işğalı altında olan torpaqlarımızın azad olunmasının, düşmənin məhv edilməsinin, regionda sülhün və sabitliyin bərpasının göstəricisidir.
Müharibə dövründə Azərbaycan Ordusu öz gücü, qüdrəti nəticəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Füzulini, Şuşanı işğaldan tamamilə azad etdi, düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ağır zərbə endirdi. Prezident İlham Əliyevin də çıxışları zamanı dediyi kimi ordumuz düşmənin belini qırdı. Qələbəmiz yalnız torpaqlarımızın azad olunması ilə nəticələnmədi, eləcə də dünyaya necə güclü-qüvvətli, əzmkar, hər qarış torpağı üçün canından keçməyə hazır olan, mərd, cəsarətli, igid və qəhrəman olduqlarına, Azərbaycan xalqının birliyini, əzmini göstərdi. Və ermənilərin 30 il ərzində ordumuz haqqında yaratdığları zəif ordu mifi tamamilə alt-üst oldu.
10 noyabr bəyanatı müddəalarına əsasən tərəflər bir sıra öhdəliklər götürdü və bu öhdəliklərdən irəli gələn məsələlər qeyd- şərtsiz yerinə yetirilməli idi. Bəyanatda ən əsas müddəalardan biri Ağdam,Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması idi. Beləliklə, ordumuz noyabrın 20-də Ağdam rayonuna, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonuna daxil oldular. Bəyanatdakı bu müddəa xüsusi diqqət çəkir. Bu 3 rayonun döyüşsüz şəkildə ordumuzun nəzarətinə daxil olması canlı itkilərimizin daha çox olmasının qarşısını aldı. Nəticədə “ Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazı adı artıq yox oldu.
Azərbaycan bəyanatdakı məsələlərə məsuliyyətlə yanaşır və yerinə yetirirdı. Lakın Ermənistan isə həmişəki kimi öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırdı. Prezident çıxışlarında, xarici ölkələrə səfərləri zamanı, Beynəlxalq təşkilatların üzvləri ilə görüşü zamanı bəyanatdakı tələblərin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, erməni separatçılarının hələ də ərazilərimizdə qanunsuz olaraq məskunlaşdıqlarını, ordumuza,dövlətimizə qarşı təxribatlar törədildiyini dəfələrlə qeyd etmişdir. Torpaqlarımızdakı silahlıların ərazimizdən çıxarılmasını və erməni xalqının bizim ölkənin vətəndaşlığını qəbul edərək, bizim qanunlarla,bizim vətəndaşlarla birlikdə məskunlaşa, yaşaya biləcəyini söyləmişdir.Lakin, 30 il ərzində olduğu kimi 3 il müddətində də heç bir Beynəlxalq təşkilat, müqavilələr, dövlətlər Ermənistanı buna məcbur etmək üçün heç bir cəhd göstərmədi. Nəticədə, növbəti erməni təxribatı nəticəsi 19-20 sentyabrda antiterror əməliyyatının baş verməsilə nəticələndi. Qısa müddət ərzində silahlı erməni separatçıları torpaqlarımızdan tamamilə qovuldu və separatçı rəhbərləri həbs edilərək Bakıya gətirildi. Erməni silahlılarından tamamilə təmizlənmiş Xocalı, Ağdərə, Xankəndində prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şanlı üçrəngli bayrağımız dalğalandırılmışdır.
Bütün bunlar bir daha istər hərb sahəsində olsun, istərsə də diplomatik sahədə Azərbaycanın gücünü, yenilməzliyini dünyaya göstərdi. Beynəlxalq təşkiatların, müqavilələrin, qərarların artıq heç bir işə yaramadığını, bəzi ölkəkərin ikili oyun apardığnı, yalnız öz məqsədlərinə uyğun olan çıxışlar etdiyini bir daha sübut etdi.
Bununla da artıq ölkəmizdə və regionumuzda yeni reallıqlar yarandı. Artıq hər bir ölkə Azərbaycanla hesablaşmağa məcburdu.Azərbaycan bu gün dünyada öz sözünü heç bir təhdidlərdən qorxmadan, qürurla, cəsarətlə deyən ölkələrdən biridir.
Bütün bu nailiyyətlər, bəyanatın imzalanması ordumuzun öz qanı- canı bahasına da olsa öz torpaqlarını azad etməyə can atmasının nəticəsidir. Bu gün torpaqlarımızın hər qarışı bizim qorxmaz, qəhrəman şəhidlərimizin, qazilərimizin qanı canı ilə yoğrulub, buna görə də. Vətənimizin hər qarışı bizim üçün canımız qədər əzizdir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image