image-qurban-bayramibackend

Savab dolu bayramın Azərbaycanda keçirilməsi.

image-reklam_sirab_01

Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramıdır, dərin tarixə malikdir və hər il dünya müsəlmanları tərəfindən qeyd edilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramı hər il dünya müsəlmanları tərəfindən təmtəraqla qeyd edilir. Bayram səhəri müsəlmanlar bayram namazı qılıb, qurban kəsib imkansızlara paylayır. Qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.
Günümüzdə bəzi insanlar zənn edirlər ki, qurban olaraq kəsilən heyvan yazıqdır, qurban olaraq kəsilməyi haqsızlıqdır və s. Amma bunu bilməlidirlər ki, o qurban Allah yolunda kəsilib ehtiyacı olanlara paylanılmaq, onları doydurmaq üçün vardır. Bu Allahın müsəlmanlara günahlarından təmizlənmək, savab iş görmək üçün verdiyi bir fürsətdir və hər bir müsəlman bu fürsəti dəyərləndirməyə çalışmalıdır.
Azərbaycanda Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bu da digər məsələlərdə olduğu kimi, xalq və dövlət birliyinin, vəhdətinin təzahürüdür. Bu bayram günündə ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq və qocalar evlərinə yardımlar edilir. Bu xeyriyyə işində Heydər Əliyev Fondunun və Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulamaq istərdim.
Azərbaycan İslam mədəniyyətinin inkişafına böyük töhfə verir. Ulu öndər Heydər Əliyev dini bayramlar zamanı həmişə xalqın yanında olmuş, rəsmi olaraq təbrik etmiş, mötəbər dini tədbirlərdə iştirak etmişdir. Onun prezidentliyi dövründə bilavasitə Ulu Öndərin təşəbbüsü ilə onlarla məscid tikilmiş və bərpa edilmişdir. Digər dinlərin nümayəndələri də həmişə dövlət qayğıları ilə əhatə olunmuşdur. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin formalaşmasına, İslam dəyərlərinin dünyada təbliğinə nümunəvi töhfələr verir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bunun əyani sübutudur. Bundan başqa, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam dininə və mədəniyyətinə verdiyi böyük dəyərdən xəbər verir.
Hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşması üçün Allah yolunda qurbanlar niyyət edirdilər. Vətən uğurunda döyüşməyə, bu yolda canından keçməyə hər zaman hazır olan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı azad etməklə bu arzusunu reallaşdırdı. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir. Dövlətimizin başçısının göstərişinə əsasən, işğal altından azad edilmiş torpaqlarda, ilk olaraq, Ermənistan tərəfindən dağıdılmış dini abidələrin bərpasına başlanıldı. Bu, Azərbaycanın tolerant ölkə olduğunu və bu məsələyə necə böyük diqqət yetirdiyini bir daha göstərir.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı hər il dünya müsəlmanları tərəfindən təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Nəsimi rayon gənci, İbadova Günay

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki