image-1628744271_2backend

Səfir: “14 gün ərzində Azərbaycanın hər cür dəstəyini gördük”

image-reklam_sirab_01
Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub. Kaspi.az xəbər verir ki, bu, “bir millət, iki dövlət” olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirib.
Mərasimdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı jurnalistlərə müsahibəsində bildirib ki, yanğınların başlamasından keçən 14 gün ərzində Azərbaycan hər cür dəstəyini verib. İlk andan etibarən dəstəyini ürəkdən hiss etdirən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirən səfir deyib: “Azərbaycan iyulun 31-dən etibarən dəstək göndərməyə başladı. Hazırda 750 qardaşımız yanğınların söndürülməsinə cəlb olunub. Qardaşlarımız 14 gündür gecə-gündüz yanğınsöndürmə fəaliyyəti ilə məşğuldurlar. Hər birinə ayrı-ayrılıqda minnətdaram. Sağ-salamat ailələrinin, sevdiklərinin yanına gəlmələrini arzulayıram”.
“Yanğınların 14-cü günündə ölkə başçısının təlimatı ilə Türkiyə bayrağı Heydər Əliyev mərkəzində dalğalandırmaqdadır. Bu, anlamlı bir dəstəkdir. Bir daha təşəkkür edirəm. Qarabağ Zəfərindən sonra Azərbaycan bayrağı İstanbulda Boğaz körpüsündə, Çamlıca Qülləsində, Ankarada Ataqüllədə və Türkiyənin bir çox meydanında dalğalandırılıb. Zəfər coşqunuza Türkiyədən bütün şəhərlərlə birgə qoşulmuşduq. Sevinciniz sevincimiz olmuşdu. Bu gün kədərli bir gündəyik. Siz də kədərli günümüzdə yanımızda oldunuz”, – deyən C.Bağcı buna görə də hər bir azərbaycanlıya ürəkdən təşəkkür edib. (Trend)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki