image-89281327-5246-372b-abc2-1b571b8f3b88_850backend

Səfir: “İndoneziya ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir”

image-reklam_sirab_01

“İndoneziya ilə Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir, hər iki ölkənin liderləri bu münasibətlərin dərinləşməsi üçün səylərini əsirgəmir”.

Bunu İndoneziyanın Azərbaycandakı səfiri Hildi Həmid Bakıdaİndoneziyanın Müstəqillik Gününün 77-ci və İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

İndoneziya səfiri açılış nitqində Azərbaycanı İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib, şəhidlərin xatirəsini ehtiramla yad edib. O qeyd edib ki, bu il həm də Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.

“Bütün qlobal çətinliklərə baxmayaraq, biz bu çağırışlarla birlikdə mübarizə aparırıq”, – o deyib.

O, ölkələr arasında təhsil sahəsində də əlaqələrin inkişaf etdiyini, Azərbaycan Dillər Universitetində İndoneziya dilinin tədris olunduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, İndoneziya ilə əlaqələr sabit xarakter daşıyır və bir çox sahələri əhatə edir.

Nazir ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialından və qarşılıqlı investisiyaların mümkün artımından da danışıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki