image-img-20210716-wa0003backend

Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır.

image-reklam_sirab_01

Şəhid ailələri, müharibə əlilləri hər zaman dövlətimizin qayğısı aıtındadır. Bunu son dövrlərdə daha aydın görürük. İstər maddi, istərsə də mənəvi cəhətdən həm xalqımız, həm də ölkəmiz əllərindən gələn hər şeyi edir.
Müharibə zamanı böyükdən-kiçiyə hər kəs birlik oldu. Bu zaman uşaqdan-böyüyə, varlıdan-kasıba, qocadan-cavana qədər hər kəs ordu və orada xidmət edən hərbi qulluqçu və əsgərlərə yardım etməyə çalışdı. Bəziləri evində yemək hazırlayıb göndərdi, bəziləri qrup şəklində toplaşaraq orduda xidmət edən əsgərlərə isti geyim alıb göndərdi.
Müharibənin əsas qəhrəmanları jurnalist və həkimlərimiz idi. Jurnalistlər müharibə müddətində baş verən prosesləri canlı şahidi olaraq xalqımıza göstərmək üçün canlarını təhlükəyə atmaqdan çəkimədilər. Bəzi həkimlərimiz cəbhə bölgəsində, bəziləri isə bölgələrdə ehtiyacı olan şəhid, qazi ailələrinə və əsgərlərə yardım etməyə çalışdılar. Və bu onlar üçün böyük bir fəxrdir.
44 Günlük müharibədən sonra, 8 dekabr 2020-ci ildə YAŞAT Fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı.
Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Qısa müddət ərzində qazilərimizə və şəhid ailələri üçün bir sıra yardımlar həyata keçirib. Lənkəranda “YAŞAT” fondunun və “ Asan Könüllüləri” Təşkilatının dəstəyi ilə şəhid övladları üçün “YAŞAT” düşərgəsi təşkil olunub və uşaqlar yay tətilərini səmərəli və maraqlı keçirirlər. Bununla yanaşı “YAŞAT” fondu maddi cəhətdən də öz dəstəyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam etdirilir. Bu da şəhid və qazi ailələrinin vətənimizin üçün dəyərli olduğunu göstərir. 2020-ci ildə Azərbaycanda 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur və onlara ümumilikdə 7200 avtomobil verilib.
Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəsmi saytında şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək layihəsi vardır.
Oruczadə Ələviyyə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki