image-nizameddin-agcayev-1backend

Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısı altındadır

image-reklam_sirab_01

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarınını ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Məhz bu prinsipi əldə rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinə və qazilərə davamlı dövlət qayğısı göstərməklə Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olduğunu bir daha sübut etmiş olur. Belə ki, hələ 1994-cü il avqust ayının 26-da Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafisənin yaxşılaşdırılması haqqında” fərman bu istiqamətdəki ilk addım kimi bu gün də aktuallığını qoruyur.
Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı fərman və sərəncamlar böyük sevinc hissi ilə qarşılanmaqdadır. 300 şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması, 50 müharibə əlilinə avtomobil təqdim olunması dövlət qayğısının, diqqətinin bariz göstəricisidir.
Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksləri salınır və onlara təqdim edilir. İyulun 14-də dövlət başçısının iştirakı ilə Xocasən qəsəbəsində 810 mənzildən ibarət yaşayış kompleksinin istifadəyə verilməsi, mənzillərin və avtomobillərin təqdim olunması da hər bir azərbaycanlının sevincinə səbəb oldu. 300 şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması, 50 müharibə əlilinə avtomobil təqdim olunması dövlət qayğısının, diqqətinin bariz göstəricisidir. Dövlət başçısı öz çıxışında qeyd etmişdir ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daima qayğı göstərilir və göstəriləcəkdir. Müharibə dövründə Ermənistanın mülki əhalini atəşə tutduğunu, hərbi cinayətlər törətdiyini, qadağan edilmiş silahlardan istifadə etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir. Yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir”. Dövlət başçısı onu da xüsusilə vurğulayıb ki, bu sahədə özəl sektorun iştirakı da tədqirəlayiqdir. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Dövlət başçısı öz çıxışında onu da qeyd edib ki, məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonları keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək
Göründüyü kimi, bu gün əlil və şəhid ailələrimizin problemləri ümumidövlətçilik nöqteyi-nəzərindən davamlı olaraq nəzarətdə saxlanılır və problemlərin həllində birgə fəaliyyət göstərilir.
Bütün dünyada pandemiyanın davam etməsi, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilməklə yanaşı, əhalinin həssas təbəqəsinin sosial məsəslərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. Şəhid ailə üzvlərinin və müharibə veteranlarının işlə təmin edilməsi, üzünüməşğulluq proqramına, ictimai işlərə cəlb olunması da bu istiqamətdə atılmış addımlardandır.
Dövlət başçısı İlham Əliyev öz çıxışında qətiyyətlə və tam əminliklə demişdir: “Bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin…”. Bəli, bir xalq olaraq bizim hər birimiz milli qürur və milli birlik hissini təkcə sözdə deyil, əməldə də yaşadan və yaşayan xalqıq. İstər siyasi lider olaraq, istərsə də sıradan bir vətəndaş olaraq torpaq, xalq, millət uğrunda canını fəda edən, sağlamlığını itirənlərə böyük hörmət və qayğı ilə yanaşırıq. Bir millət olaraq məhz bu cəhətimizi çox yüksək dəyərləndirməliyik. Biz doğma Vətən yolunda canını fəda edənlərlə əbədi qürur duyuruq.

E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki