image-7backend

Şəhid hərbçi dəfn olundu (YENİLƏNİB/FOTOLAR)

image-reklam_sirab_01
Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.
Qaynarinfo “Report”a istinadən xəbər verir ki, onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.
10:15
Ötən gün axşam saatlarında qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboyda vida mərasimi başlayıb.
Qaynarinfo APA-ya istinadla xəbər verir ki, şəhidlə vida mərasimi doğulduğu Borsunlu kəndində keçirilir.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki