image-ehedova-ilahebackend

Şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir  

image-reklam_sirab_01

Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycan dövlətinin daxili siyasətində həyata keçiridiyi ən ümdə vəzifələrindən biridir. Bu, Ulu Öndər  Heydər Əliyev tərəfindən əsası qoylan siyasi-mənəvi yoldur. Qeyd etmək mütləqdir ki, Ümummilli Liderimizin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” qəbul olunmuş qanun  məhz Heydər Əliyevin  1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi.

2003-cü ildən bugünə qədər bu siyasət, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Keçirdiyi bütün görüşlər, Prezident İlham Əliyevin şəhid ailələrinə nə qədər böyük diqqət, qayğı, hörmət və ehtiram göstərdiyinin bariz sübutudur.

Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da dövlətimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər, görüşlər həyata keçirilir.

Növbəti belə görüşlərdən biri 26 avqust tarixində baş tutmuşdur. Şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunmuş və bu say ümumilikdə 7200 müharibə əlili avtomobili və 10 min 500 mənzilə çatmışdır. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7 min 200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilmiş, bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunmuş, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilmişdir. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artmışdır.

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondu təsis edilməsinə də diqqət yetirmək lazımdır. Fondun yaradılmasında əsas məqsəd şəhid ailələri, müharibə əlilləri olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Sözsüz ki, bu Fərman həmin kateqoriyadan olan insanlara diqqət və qayğının artırılmasında, onların problemlərinin mərkəzləşdirilmiş qaydada həllində ciddi rol oynamaqdadır. Fərman eyni zamanda, dövlətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir.

Dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan Azərbaycan Prezidenti vətəndaşların yüksək həyat şəraitinin təmin olunmasını ən vacib məqsədlərindən biri kimi qeyd edib. 2003-cü ildə Prezident seçilərkən İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxt yaşmağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın. Dövlət başçımız ötən müddət ərzində digər vədlər kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə dayanır.

 

 

Suraxanı rayonu, 270 nömrəli məktəbin gənc müəllimi Əhədova İlahə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki