image-reklam-veteninfo
image-1backend

Sergey Kopırkin: Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlığa dair yeni sazişləri müzakirə edirlər

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlığa dair yeni sazişləri müzakirə edirlər, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TASS-a bildirib.

“Bəzi fərdi müqavilələrdə həqiqətən də Rusiya müəssisələrinin milli müdafiə sifarişini yerinə yetirmək öhdəliyi ilə bağlı məsələlər var. Lakin bunlar Rusiya və Ermənistanın müvafiq idarələri arasında aparılan dialoq nəticəsində həll olunan iş məsələləridir”, – deyə o bildirib.

Kopırkinin sözlərinə görə, iki ölkə arasında texniki-hərbi əməkdaşlıq sahəsində imzalanmış praktiki olaraq bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.

Rusiya səfiri vurğulayıb ki, iki ölkə arasında texniki-hərbi əməkdaşlığın qədim ənənələri var və Rusiya ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında 2013-cü il iyunun 25-də imzalanmış sazişə əsaslanır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki