image-091600038372backend

Sərhədçilərimiz dənizdə təlim keçdilər

image-reklam_sirab_01

Azərbaycan Dövlət Sərhəd Xidməti sentyabrın 13-15-də Xəzərdə taktiki təlimlər keçirib.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, təxribatçı qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təminatı üzrə tədbirlər icra olunub.

Dəniz infrastrukturuna qarşı təxribatların qarşısının alınması ilə bağlı məşğələlərə xüsusi diqqət ayrılıb.

Təlimlərə gözətçi gəmi­ləri, vertolyotlar, pilotsuz uçuş aparatları, kütləvi qırğın silahlarının və onların komponentlərinin aşkarlanması üzrə xüsusi avadanlıqlar, amfi­biya qayıqlar cəlb edilib.

Təlimlər 3 mərhələdə 7 taktiki epizod üzrə keçirilib

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki