image-fb_img_1629042888181backend

Seymur Orucov gəclərlə görüşdü

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov 12 Avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə mərkəzimizin gəncləri ilə görüş keçirib.

Mərkəzin direktoru Teymur Əliyev GİKM Ağstafa nümayəndəliyinin fəaliyyəti bağlı Seymur Orucova məlumat verib. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Görüşdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsməliyev, Ağstafa Heydər Əliyev Mərkəzinin əməkdaşları və 60-a yaxın fəal Ağstafa gənci iştirak edib.

Yekunda nümayəndəliyin 12 fəal gənci sertifikatla təltif edilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki