image-6c3cc8d7-0852-30ea-8aa3-da607341474f_850backend

Şimali Amerikada boz balinaların sayı son iki ildə azalmaqdadır

image-reklam_sirab_01

Şimali Amerikanın qərbində boz balinaların sayı son iki ildə azalmağa davam edir.

Milli Okean və Atmosfer Administrasiyasının 2022-ci il oktyabrın 7-də açıqladığı təxmininə əsasən, populyasiyanın sayı 2015-2016-cı illərin zirvəsindən 38 % azalaraq 16 650 nəfər təşkil edir.

Bildirilib ki, balinalar həmçinin 1994-cü ildə elm adamlarının doğumları saymağa başlamasından bəri bu il ən az bala veriblər.

2019-cu ildə özünü qərb sahili çimərliklərinə atan balinaların sayının artması balıqçılıq agentliyini “qeyri-adi ölüm” həyəcanını elan etməyə vadar edib. Tədqiqatçılar hələ də ölümləri araşdırırlar, lakin ehtimal edirlər ki, amillər arasında iqlim dəyişikliyi, dəniz buzlarının əriməsinə təsiri və dəniz heyvanlarının qidalanma şəraiti var.

O zaman sahilə çıxan bir çox balinalar taqətsiz görünürdülər.

NOAA-nın məlumatına görə, sahilə atılan balinaların bəziləri gəmi ilə toqquşma və ya qatil balina ovu kimi digər səbəblərdən ölüb. Sahilə atılan balinaların sayı 2019-cu ildə zirvəyə çatıb və sonrakı illərdə azalıb ki, bu da populyasiyanın azalmasının çoxunun o zaman baş verdiyini göstərir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki