image-ba1c47b5-054c-4a59-9313-88401a61b5d5backend

SİYASİ-İQTİSADİ REALLIQLAR” adlı kitabı çap edilib

image-reklam_sirab_01

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin vitse-prezidentin xidmətində elmi katib Coşqun Məmmədovun “SİYASİ-İQTİSADİ REALLIQLAR” adlı kitabı çap edilmişdir.

Kitabda müstəqil Azərbaycan dövlətinin təcrübəsi işığında ölkəmizdə baş verən siyasi-iqtisadi və ictimai prosesləri əks etdirən müasir baxışlar və analitik təhlillər əsasında yazılmış məqalələr təqdim olunur. Kitab müasir cəmiyyətin aktual məsələləri ilə məşğul olan mütəxəssislər, elmi işçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova, nəşriyyat redaktoru Maral Poladova, texniki redaktoru Rəşid Kərimli, korrektoru isə Zərin Vəliyevadır.

188 səhifədən ibarət olan kitab “Elm və təhsil” nəşriyyatında çap edilmişdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki