image-1backend

SON DƏQİQƏ! İsrail ordusu HƏMAS tunellərində əməliyyat keçirir – FOTO

image-reklam_sirab_01

İsrail ordusu Qəzza zolağının altında qazılan HƏMAS tunellərinə daxil olub. Məlumata görə, artıq təmizləmə başlanıb.

Vətəninfo.az teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində İsrail Silahlı Qüvvələri HƏMAS terror təşkilatına məxsus 300-ə yaxın hədəfi, o cümlədən tank əleyhinə raket sistemlərini və şaxtalarda quraşdırılan raket buraxıcı qurğuları, eləcə də yeraltı tunellərin içərisindəki hərbi kompleksləri vurub.

Xatırladaq ki, ötən həftənin sonunda Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, İSQ tunellərdə “süngər bombalarından” istifadə etmək niyyətindədir. Bu bomba “partladılanda” iki kimyəvi komponent qarışdırılır, nəticədə köpüklənir və polimerləşir. Buraxılan köpük tez yayılır və tunelləri bağlamaq üçün sərtləşir və HƏMAS terrorçularının pusqu qurmasını çətinləşdirir. Əvvəllər İsrail bu bombalarla “Tzalim” bazasında təlimlər keçirib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki