image-1622817371_minabackend

SON DƏQİQƏ: Prokurorluq AÇIQLAMA YAYDI

image-reklam_sirab_01

Füzuli rayon prokurorluğunun məlumatı
Xəbər verildiyi kimi, iyulun 8-də 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir.
Araşdırmalarla müəyyən edilmişdir ki, iyulun 8-də Füzuli rayon sakinləri 1976-cı il təvəllüdlü Nuriyev Nuru Aslan oğlu və 1982-ci il təvəllüdlü Həşimov Elnur Aydın oğlu rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşmüş, nəticədə Nuru Nuriyev hadisə yerində vəfat etmiş, Elnur Həşimovun isə sol ayağı amputasiya edilmişdir.
Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki