image-966057backend

SSRİ-də jurnalistika savadlı idi, amma rus dilində Azərbaycanda olduğu kimi dəqiqlik başqa yerdə yox idi – Mixail Qusman

image-reklam_sirab_01

SSRİ-də jurnalistika savadlı idi, amma rus dilində Azərbaycanda olduğu kimi dəqiqlik başqa yerdə yox idi.

Veteninfo.az  Trend-ə istinadən bildirir ki, bunu TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Trend və TASS agentliklərinin birgə layihəsi “Eastweststream.com” media platformasının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan jurnalistikası həm ana dilində, həm də rus dilində ictimaiyyəti tərbiyələndirirdi: “Bu gün məmnunluqla demək olar ki, Azərbaycan saytlarını təkcə ölkə daxilində deyil, həm də xaricdə oxuyurlar”.

M.Qusman əlavə edib ki, Azərbaycanda rus dilinə hörmətlə yanaşırlar və bunun əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti onun oğlu, müdrik İlham Əliyev davam etdirib: “Bugünkü hadisə Azərbaycan jurnalistikasının böyük günüdür. Bizim ölkələrimizi dərin tarixi irs əlaqələndirir və biz hər zaman bir-birimizə yaxın olacağıq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki