image-2021_07_05_866978_7-5-2021-12backend

Sübut Əsədov: Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən mühüm işlər görülür

image-reklam_sirab_01

“İşğaldan azad olunmuş ərazilərdə hərbi xidmət edən hərbi qulluqçuların maaşlarına əlavələrin müəyyən edilməsi Prezident İlham Əliyevin, eyni zamanda, dövlətimizin hərbçilərə yüksək diqqət və qayğısının daha bir göstəricisidir”.
Bu fikri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, son illərdə Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən mühüm işlər görülür: “Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam da dövlətin Vətənin keşiyində dayanan hərbçilərə qayğısının növbəti nümunəsidir. Belə ki, iyunun 25-də imzalanan Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə həqiqi hərbi xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir və əlavənin məbləği hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində olacaq”.
S.Əsədov deyib ki, Azərbaycanda hərbçilərin rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir: “Ona görə ki, təkcə Vətən müharibəsindən sonra yox, bundan əvvəlki dövrdə də hərbçilərin mənzil-məişət məsələlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun yenidən qurulması, maaşlarının artırılması istiqamətində müvafiq addımlar atılıb. Bununla yanaşı, hər il şəhid ailələrinə, qazilərə mənzillərin verilməsi, onlara ayrılan müavinət və təqaüdlərin artırılmasının şahidi oluruq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki