image-4991ec8e-ec6f-344d-9b98-c95f043bb709_850backend

Sunak və Bayden Ukraynadakı vəziyyəti müzakirə ediblər

image-reklam_sirab_01

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak ABŞ prezidenti Cozef Baydenlə ilk telefon danışığı aparıb.

Bu barədə Baş nazirin aparatının yaydığı bəyanatda deyilir.

Tərəflər Ukraynadakı vəziyyət daxil olmaqla, iki dövlət arasında həm ikitərəfli, həm də Avstraliyanın da üzvü olduğu AUKUS (ABŞ, Avstraliya və Böyük Britaniya təhlükəsizlik sahəsində yeni üçtərəfli tərəfdaşlığı – Red) müdafiə tərəfdaşlığı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Vurğulanıb ki, ötən ilin sentyabrında AUKUS-un yaradılması Vaşinqton və Londonun Hind-Sakit okean regionunda sabitliyin möhkəmləndirilməsi və Çinin zərərli təsirinə qarşı mübarizə səylərinin bir hissəsidir.

Sunak və Bayden həmçinin Belfast Sülh Sazişini saxlamaqla İrlandiya adasında sülh və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıblar. 1998-ci ildə bağlanan saziş Şimali İrlandiyada sadiq protestantlarla millətçi katoliklər arasında silahlı qarşıdurmaya son qoyub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki