image-375798_res_01backend

Şuşada şəhərətrafı yaşıl halqa yaradılacaq

image-reklam_sirab_01

“Ölkə başçısının göstərişi ilə Şuşanın Baş Planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Facebook”da bildirib.

O qeyd edib ki, Şuşanın təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

Quliyev vurğulayib ki, Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq: “Baş Plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb, buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb.

Komitə sədrinin sözlərinə görə, Şuşanın Baş Planı hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülür, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulur: “Dünən ölkə başçısı tərəfindən təməli qoyulmuş yeni yaşayış məhəlləsi Şuşanın memarlıq irsindən ilhamlanaraq və ənənəvi şəhərsalma mühitinə uyğun layihələndirilib.image-375799_src image-375800_src image-375801_src image-375802_src image-375803_src


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki