image-14976769_10210453923000284_3325797182522518901_o-1backend

Taliban güclü ideologiyası və dəmir nizamı hesabına Əfqanıstanda irərəliləyir

image-reklam_sirab_01
“Taliban hazırda şəhər və qəsəbələri ələ keçirir, əfqan ordusunun müqavimət gücünü qırır. Taliban güclü ideologiyası və dəmir nizamı hesabına Əfqanıstanda irəriləməkdə davam edir. Dünyanın supergücü Amerikanın Əfqanıstanda 20 illlik varlığı da Talibanın sonunu gətirmədi”
Veteninfo.az xəbər verir ki,bunu politoloq,”Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, Əfqanıstanın milli və coğrafi rəngarəngliyi Talibana ölkənin tamamını nəzarət altında saxlamağa imkan verməyəcək:
Taliban paytaxt Kabili də ələ keçirə bilər. Ancaq müxtəşlif xalqlar və dağlardakı silahlı qruplar Talibana qarşı müqavimətlərini davam etdirəcəklər. Çünki Taliban Əfqanıstana rahat və firavan həyat vəd etmir, feodal qaydalar və qətllər gətirir. Bununla barışmaq istəməyən güclər isə kifayət qədərdir. Müxtəlif dövlətlər Talibanla təmas qura bilərlər, ancaq bu qruplaşmanın zəifləməsi üçün kənardan planlarlar hazırlayanlar da az deyil.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki