image-43backend

“Taliban” Kabildəki “Buş bazarı”nın adını dəyişib

image-reklam_sirab_01

“Taliban” hökuməti Əfqanıstanın paytaxtı Kabildəki “Buş bazarı”nın adını dəyişərək “Mücahidlər” qoyub.

Veteninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli tacirlər məlumat yayıblar.

Bildirilib ki, bazarın girişində “Mücahidlər” (“Mujahideen”) yazılmış lövhə asılıb.

Qeyd edək ki, bazar ABŞ-ın keçmiş Prezidenti kiçik Buşun şərəfinə “Bazar-e-Buş” adlanırdı.

Xatırladaq ki, “Taliban” Kabildəki beynəlxalq hava limanının da adını dəyişib. Aeroport əvvəllər Əfqanıstanın keçmiş Prezidenti Həmid Karzayın adını daşıyırdı. “Taliban” hava limanına 2011-ci ildə öldürülən Bürhanəddon Rəbbaninin adı verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki