image-img-20210705-wa0044backend

Tarixə yazılmış qardaşlıq nümunəsi.

image-reklam_sirab_01

Bir xalq bir millət olmadan dövlət formalaşmaz. Avrasiya ərazisində yaşayan türkdilli xalqların sayı 180 milyondan çoxdur. “Türk” sözünə ilk dəfə Bizans mənbələrində və VII əsrin “Orhon-Yenisey” abidələrində rast gəlinir. Qədim Çin mənbələri türk tayfalarının b.e.ə II minillikdə mövcudluğu haqqında məlumat verir. Türk xalqlarının dinləri müxtəlif zamanlarda yəhudilik, xristianlıq və müsalmanlıq olması bu dində olan digər millətlərə və xalqlara olan tarixi gen yaddaşı olaraq humanitar və sosial baxımından yardımlaşma və insanlığın gözəl nümunəsini göstərməkdədir.
Altı hərfdən ibarət olan, amma böyük məna daşıyan söz Qardaş. Qardaş gücdür, arxa-dayaqdır. Qızların həmişə atalarından sonra ikinci ən çox sevdikləri, güvəndikləri insan qardaşları olur. Səndən balaca və ya böyük olmasının əhəmiyyəti yoxdur. Əgər bir qardaşın varsa özünü çox güclü hiss edərsən. Hər zaman elə bilərsən ki, heç kimin səni yığmağa gücü çatmaz. Mənim də balaca qardaşım var. Əslində düzünü deyim ki, yaşda məndən balaca ola bilər. Amma mənə bəzən elə gəlir ki, sanki o məndən balaca deyildə, mən ondan balacayam. Öz üzərinə düşən vəzifəni hər zaman layiqincə yerinə yetirməyə çalışır. Bəzən isə qardaş olmaqla bərabər, həm də ata əvəzi olur. Bəzən küsürük, dalaşırıq. Amma sonra yenidən mehribanlaşırıq. Bir-birimizə o qədər bağlıyıq ki, birimizin bir dərdi olsa, onun özündən əvvəl biz pis olarıq. Amma bəzən bütün qardaşlar yaxşı olmur. Sadəcə olaraq qardaş sözündəki hərfləri anlayır, amma o sözün nə qədər böyük mənası olduğunu dərk etmir. İndi sizə nə demək istədiyimi dövlətlər üzərində başa salacam. Neçə illər bundan əvvəl Azərbaycan qardaş hesab etdiyi Ermənistandan böyük zərbə aldı. Ermənistan öz xeyri üçün Azərbaycana qarşı böyük faciələr törətdi, vəhşiliklər etdi. Öz arzusuna çatmaq üçün Azərbaycana ağrılı, acılı günlər yaşatdı. İnsanların illərlə torpaq həsrəti çəkməsinə səbəb oldu. Azərbaycan o hadisədən sonra bir daha kiməsə qardaş deyə biləcəyinə, güvənə biləcəyinə inanmazdı.
Qardaş ölkələrin həyatının bütün sahələrini əhatə edən bu sənədin hər iki dövlətin bu günü və gələcəyi üçün son dərəcə böyük əhəmiyyət daşıması, onların və ən azı regiondakı müttəfiqlərinin qarşısında geniş perspektivlər açması barədə qısa müddət ərzində çox yazılıb, az qala bütün məqamlar təhlil olunub. Hələ neçə müddət də yazılacaq, deyiləcək və bütün incəliklərinə qədər təhlil olunacaq. Çünki bu Bəyannamə iki qardaş xalqın yenilməz iradəsinin ifadəsi, dostları sevindirən, düşmənləri ciddi narahat edən qətiyyətinin təntənəsidir.Azərbaycan və Türkiyə hər biri ayrı-ayrılıqda güclü bir dövlətdir. Bunu hər kəs çox yaxşı bilir. Amma atalarımızın dediyi kimi “ Güc birlikdədir„. Azərbaycan və Türkiyə də öz gücünü birləşdirdi və hər biri öz xalqına böyük qələbə yaşatdı.

Nəsimi Rayon Gənci: Yusubova Təravət

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki