image-millibackend

Təhlükəli qeyri-qida mallarından qorunma sistemi yaradılacaq

image-reklam_sirab_01

Təhlükəli qeyri-qida mallarından qorunmaq məqsədilə tənzimləmə sistemi yaradılacaq.

Veteninfo.az xəbər verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində keçirilən müzakirədə bildirilib.

Müzakirədə təhlükəli qeyri-qida mallarından qorumaq məqsədilə tənzimləmə sistemi yaradılması üzrə işlərin həyata keçirilməsi, sertifikatı olmayan malların satışını həyata keçirən şəxslər barəsində cəza tədbirlərinin gücləndirilməsi, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası ilə bağlı tələblərin sərtləşdirilməsi və akkreditasiya haqqında qanun vericiliyin tələblərini pozan uyğunluğu qiymətləndirən qurumlara qarşı müvafiq tədbirlərin görülməsinə dair məlumatlar verilib.

Qeyd edək ki, müzakirədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və baş məsləhətçi Tural İsmayılov da iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image