image-a4f5fe9f-37f6-42a2-85f1-0c0bd6b51cb5backend

Tolerantlıq məkanı Azərbaycan

image-reklam_sirab_01

Tolerantlıq Azərbaycan cəmiyyətinə də əsrlər boyu xas olan böyük sərvətdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var” sözləri bu baxımdan xalqımızın ən yaxşı xarakteristikasıdır. Azərbaycan müxtəlif xalqların və dinlərin nadir məkanı, nadir birliyidir. Bu birliyin tarixində etnik və ya dini zəmində toqquşmalar və diskriminasiyalar olmayıb. Bu gün ölkəmizdə yaşayan xalqlar öz milli mədəniyyətlərini, dillərini inkişaf etdirmək imkanlarına malikdirlər. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir.
Cəmiyyətimizdə əsrlər boyu mövcud olan tolerantlıq, müxtəlif xalqların və konfessiyaların nümayəndələrinə hörmətlə yanaşılması, cəmiyyətin multikultural xarakteri Azərbaycanın dövləti siyasətinin prioritet istiqamətləri kimi qəbul edilib.
Hər il ölkəmizdə rəsmi şəkildə qeyd olunan dini bayramlar milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizin birlik və bərabərliyini daha da gücləndirir.
Milli-mənəvi dəyərlərimizin hamisi kimi Ulu Öndərin bu siyasəti, İslam irsinə diqqət və qayğısı hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyinin qayğısı və Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtda və bölgələrdə dini ziyarətgahlar, ibadət yerləri təmir-bərpa olunur.
İslam dünyasının ən müqəddəs bayramlarından olan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilirAzərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı da hər il rəsmi olaraq keçirilir.
Üç səmavi dininyəhudilik, xristianlıq və islamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin islamda bu ayin xüsusi mahiyyət və
əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirməkdir. Bu ayinin fitrətində Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı dayanır. Qurban mərasimi insanın mənəvi dünyasında işıq, mərhəmət yaradır, onu Yaradana yaxınlaşdırır. Bu təkcə Allaha bağlılıq deyil, həm də insanların bir-birinə rəğbəti, ülfəti, dəstəyi və qayğısıdır. Qurban bayramının əsrlərdir eyni coşqu və sevgi ilə qeyd olunmasının səbəbi məhz bu mütərəqqi anlayışları özündə birləşdirməsidir.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də burada din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsidir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müəlmanları təbrik edirlər. Bu Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki