image-1backend

Türkiyə BRİCS-ə qoşulmaq istəyir

image-reklam_sirab_01

Türkiyə BRİCS təşkilatına qoşulmaq istəyir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O qeyd edib ki, BRİCS Türkiyəyə Avropa İttifaqını əvəz etmək üçün “yaxşı alternativ” təklif edə bilər.

“Əlbəttə, biz BRİCS-ə üzv olmaq istərdik. Bu il işlərin necə gedəcəyini görəcəyik”, – deyə Fidan Çinə səfəri zamanı bildirib.

O, həmçinin qeyd edib ki, gələn həftə Rusiyada keçiriləcək BRİCS nazirlərinin görüşündə iştirak etməyi səbirsizliklə gözləyir. Ehtimal edilir ki, görüşün mövzularından biri də Türkiyənin BRİKS-ə qoşulması məsələsinin müzakirəsi olacaq.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Türkiyənin BRİCS-ə marağını alqışlayır və bu mövzu təşkilatın Kazanda keçiriləcək sammitində müzakirə olunacaq.

2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sammitdə BRİCS ölkələrinin başçıları təşkilatın genişləndirilməsi ilə bağlı bəyannamə qəbul ediblər. Təşkilatın tərkibində Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika təmsil olunurduş 2024-cü il yanvarın 1-dən Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ təşkilata üzv olub. Tailand, İndoneziya, Qazaxıstan, Venesuela və digər ölkələr də üzvlük üçün ərizə təqdim edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki