image-denizbackend

Türkiyədə dənizin dibinə enin və sualtı dünyasını seyr edin

image-reklam_sirab_01

Batmış gəmilər və keçmişin sirlərini özündə saxlayan sualtı həyat haqqında öyrənmək istəyirsinizsə, üç dənizlə əhatə olunmuş Türkiyəyə gedin, dənizin dibinə enin və sualtı dünyasını kəşf edin.
İyun-sentyabr aylarında Egey və Aralıq dənizi sahillərində suyun temperaturunun 21°-dən yuxarı, görmə məsafəsinin isə 20-40 metr arasında olduğu sualtı macəralardan zövq ala bilərsiniz.
Türkiyənin bir çox bölgəsində dalğıc məktəbləri və kursları ilə yanaşı təcrübəli dalğıc təlimatçıları da var.
Özünüzü Aralıq dənizinin sehrli sualtı dünyasına buraxın
Hər zaman təmiz çimərlikləri, mavi dənizi və əfsanəvi əyləncə məkanları ilə məşhur olan Aralıq dənizinin sahillərinin göz qamaşdıran və rəngarəng dəniz möcüzələrindən həzz ala bilərsiniz.

Türkiyənin ən məşhur dalğıc yerlərindən biri olan Antalyanın Kaş bölgəsində 30-a yaxın dalğıc mərkəzi var. Balıqları, yosunları, mərcanları və sualtı kanyonları görmək üçün ən uyğun yer sayılan Kaşın mavi suları dalğıc həvəskarlarına təbiətin möcüzələrini yaşamaq fürsəti verir. Kaş bölgəsi möhtəşəm dəniz həyatı ilə yanaşı eyni zamanda batmış gəmi və qəzaya uğramış təyyarənin qalıqlarını seyr etməklə də tanınır.
Dalğıc həvəskarları arasında ən məşhur yerlərdən biri Dakota hərbi təyyarəsinin qəzaya uğradığı yerdir. Artıq yosunlarla örtülmüş Dakota hərbi nəqliyyat təyyarəsi sualtı fotoqrafların da marağına səbəb olacaq.
Antalyanın şərqində yerləşən Alanya hər səviyyəyə uyğun dalğıc mərkəzləri ilə məşhurdur.
Alanya limanından 5 dəqiqəlik məsafədə yerləşən Akvarium bölgənin ən maraqlı dalğıc yerlərindən biridir. Burada dənizin dərinliyi 4 ilə 25 metr arasındadır və daha çox dalğıc təlimi üçün istifadə olunur.
Egey dənizində delfinlərlə üzün
Bodrum, Datça və Marmaris təbii mühitləri, qonaqpərvər insanları və ləzzətli yeməkləri ilə Türkiyənin ən məşhur turistik şəhərləri arasındadır.
Datça Türkiyədə ən çox yayılmış dəniz tısbağalarına rast gələ biləcəyiniz və dalğıcların delfinlərlə yan-yana üzməkdən həzz ala biləcəyi yerdir.
Çanaqqalada tarixin dərinliklərinə səyahət edin
Egey və Mərmərə dənizlərinin birləşdiyi yerdə yerləşən və Birinci Dünya Müharibəsinin ən dəhşətli döyüş səhnələrindən bəzilərinə şahid olan Çanaqqala tarixsevər dalğıclar üçün bir xəzinədir. Çanaqqalanın dəniz dibi həyatına və bir çox batmış gəmi qalıqlarına ev sahibliyi edən Gelibolu yarımadası tarixin sirlərini və təbiətin gözəlliyini sevənlərinə yaşadır.
Gelibolu yarımadası və Çanaqqala ətrafında ümumilikdə 216 gəmi batıb. Dünya tarixini formalaşdıran müharibədə iştirak edən bu gəmilərdən 14-ü 2021-ci ilin sonlarında dalğıclar üçün açılan Gelibolunun tarixi sualtı parkında yerləşir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image