image-da97a398-ef94-435e-9436-d343b3d3a6efbackend

Türkiyənin Pentaqonu: Ay-ulduz kampının təməli qoyulub

image-reklam_sirab_01

Türkiyə bütün qüvvələrini və Milli Müdafiə Nazirliyini bir araya gətirmək üçün yeni Ay-Ulduz Layihəsinin təməlini qoyub.

Veteninfo.az  xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Hərbi çevriliş cəhdindən sonra inşasına başlayan layihə Ankaranın Etimesqut bölgəsində inşa olunur. Layihə çərçivəsində inşa ediləcək vahid mərkəz Türkiyənin Pentaqonu hesab edilir.

Layihə çərçivəsində ay və ulduz şəklində yeni binalar inşa ediləcək. Əvvəlcə Milli Müdafiə Nazirliyi, sonra isə bütün digər qüvvə komandanlıqları yeni kampda yer alacaq.

Layihənin 2023-cü ilədək istifadəyə verilməsi nəzərdə tutulub.

Kamp təxminən 12.6 milyon kvadrat metrlik ərazidə inşa edilir. Layihə çərçivəsində ümumilikdə 890.000 m2 qapalı bir sahə inşa ediləcək. Mərkəzdə cəmi 15.000 personal xidmət edə biləcək. Kampın ortasında 23.000 kvadrat metrlik mərasim sahəsi də olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki