Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Kapadokiya bölgəsindəki muzey və xarabalıqları ilin 7 ayında 2 milyondan çox turist ziyarət edib.
Vətəninfo.az xəbər verir ki, Nevşehir Valiliyindən verilən açıqlamaya görə, yerli və xarici turistlər UNESCO-nun Dünya İrs Siyahısında yer alan Kapadokyadakı muzey və xarabalıqlara böyük maraq göstərib.
Tarixi, təbii və mədəni zənginliyi ilə diqqət çəkən Kapadokiyanı yanvar-iyul ayları arasında 2 milyon 356 min 49 turist ziyarət edib.
Turistlər Göreme Açıq Hava Muzeyi, Zelve xarabalıqları və Kaymaklı yeraltı şəhərinə böyük maraq göstərib.
Bölgədəki muzey və xarabalıqları ötən ilin eyni dövründə 1 milyon 892 min 112, 2021-ci ilin eyni dövründə isə 854 min 449 yerli və xarici turist ziyarət etmişdi.