image-img-20210629-wa0002backend

Uğurun əsas amili xalq-iqtidar birliyidir.

image-reklam_sirab_01

Bu gün Azərbaycan ordusu 44 günlük müharibədə öz gücünü göstərdi və illərdir mənfur düşmənin işğal etdiyi torpaqlarını geri qaytardı. Bəli bu qələbədə qalib gəlmək elədə asan olmadı. Azərbaycan ordusunun igid oğulları torpağının hər bir qarışını almaq üçün canından, qanından keçməyə belə qorxmadı. İgidlərimiz öz qələbələri ilə Azərbaycanın güclü dövlət, xalqının bir olduğunu sübut etdi. Ordumuzun düşmənə qalib gəlməsinin səbəbi onların gücü, qüvvəti, igidliyi və qorxmazlığı oldu. Bununla birlikdə həmdə Azərbaycan xalqının birliyidə özünü sübut etdi. “Birlik„ sayəsində hər çətinliyin öhdəsindən gəlmək olar. O birlik ki bir zamanlar mənim dərk edib başa düşmədiyini söz. İnsanlar bəzən bir şeyi başa düşmək üçün onu yaşayırlar. Məndə bir hadisə ilə onu yaşadım və birliyin nə demək olduğunu çox gözəl başa düşdüm. Mənim həyatımı bir günün içində dəyişən o hadisə 6 il bundan öncə yəni, 2015- ci il mart ayının 28 günü olmuşdu. Atam dünyasını dəyişdi. İllər keçsə belə unutmayacağım bir gün. Həmin gün sanki atamla bərabər mənim də dünyam dağılmışdı. Bundan sonra həyatda necə yaşayacağımı təsəvvür edə bilmirdim. Nə özüm təsəlli tapa bilmirdim, nə də ailəm təsəlli verə bilirdim. Bu hadisənin üstündən xeyli müddət keçmişdi. Müəllimlərin anama demişdi ki, qızınızı göndərin məktəbə gəlsin həm dərslərdən geri qalmasın, həm də bir az fikri dağılmış olar. Anam mənə deyəndə mən əvvəl etiraz etdim. Onda anam mənə dedi qızım sən atana verdiyim sözü nə tez unutdun. Axı atana oxuyub ali məktəbə daxil olacaqına söz vermişdin, və bu anda qardaşımın dediyi söz sanki məni yuxudan oyandırdı. O dedi, atam mənə demişdi ki, oğlum əgər bir gün özüm yanınızda ola bilməsəm də, bunu bilin ki, qəlbim həmişə sizinlə olacaq.
Qardaşım dedi: Onda ana atamda verdiyi sözü tutacaq hə. Qardaşım hələ balaca idi. Ona görə heç nəyi dərk etmirdi. Sadəcə atamın ona verdiyi sözə ümid edirdi. Hətta 7 yaşlı bir uşaqda verilən sözə əməl edilmənin nə qədər vacib bir şey olduğunu bilirdi. Elə O gündəndə məndə verdiyim sözü tutmaq ümidi ilə yeni bir yola çıxdım. Bu yolda mənə ailəm, yaxınlarım, müəllimlərim və dostlarım bir olub mənə dəstək oldular. Müəllimlərim hər dəfə fikirli olduğum zaman məndən dərs soruşaraq fikrimi dağıtmağa çalışırdılar. Ailəm, yaxınlarım nə zaman bikef olub sakit otursam, susqun olsam, gözlərimi qızarmış görsələr min bir bəhanə ilə mənim fikrimi dağıtmağa çalışırdılar. Bu çətin anlarımda dostlarımda əllərindən gəldiyi qədər dəstək oldular. Biz həmişə tətilə az qalmış tətili harada və necə keçirəcəyimiz haqqında danışardıq. Kimin atası kimi hara aparacaq və ona tətildən qayıdanda nələr alacaq. O, gündən sonra bir daha mən üzülməyim deyə ata mövzusunda danışmırdılar. Əlbətdə, bunu onlara mən deməmişdim. Onlar özləri o barədə danışmırdılar. Çünki biz bir idik. Birimizin dərdi olanda digərləri də pis olurdular və onun yanında olmağa çalışırdılar. Və beləcə illər keçdi və mən mənə dəstək olanların birliyi sayəsində öz arzuma çatdım. Atama verdiyim sözü tutaraq tələbə oldum. Bəlkə də çoxları düşünə bilər ki, mənim bu danışdığım hadisə ilə dövlətimizin qələbəsinin nə əlaqəsi var. Xeyr çox böyük əlaqəsi var. Mən, mənim kimi hər bir insan və o səngərdə döyüşən hər bir igid əsgərlərimiz də həyatlarında baş verən yaxşı, pis hadisələrlə birliyin nə demək olduğunu öyrəndilər və bir olduqlarını öz Qələbələri ilə sübut etdilər. İgidlərimizin qələbəsi nəticəsində illərlə torpaq həsrəti çəkənlər artıq öz doğma torpağına qovuşur. İndi artıq hər bir Azərbaycan vətəndaşı qürurla deyə bilər ki, “ Mən öz Ordumla Qürur Duyuram„!

Nəsimi Rayon Gənci: Yusubova Təravət

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki