image-20backend

Ukrayna Ali Müftisi azərbaycanlı assambleya rəhbəri ilə görüşüb

image-reklam_sirab_01

Ukrayna müsəlmanlarının dini lideri, Ali Müfti Şeyx Əhməd Tamim Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüş zamanı R. Tağıyev etnik xalqların, o cümlədən azərbaycanlıların Ukraynada fəal iştirak etdiyi layihələr barədə məlumat verib, ölkədəki müsəlmanların hüquqlarının və fəaliyyətlərinin mövcud durumu barədə danışıb.

Ali Müfti bildirib ki, müsəlmanlar Ukraynada iri diaspor hərəkatına malikdirlər. O, R.Tağıyevin timsalında diaspor liderlərinin dövlət strukturlarında və qanunverici orqanlarda daha çox təmsilçiliyinin vacibliyindən danışıb və gələcəkdə bu istiqamətdə daha da fəallığa çağırıb. R. Tağıyev Ali Müftiyə Ukraynada dinlərarası tolerantlıq yolunda oynadığı böyük rola görə minnətdarlığını bildirib. Görüşdə daha bir sıra məsələlər müzakirə olunub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image