image-a4cf2624-2184-3d10-b805-147ea93e4bc6_850backend

Ukraynanın dövlət borcu açıqlanıb

image-reklam_sirab_01

Ukraynanın dövlət borcu avqust ayında 1,28 faiz artaraq 98,03 milyard dollar təşkil edib.

Bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu il avqustun yekunları üzrə Ukraynanın dövlət borcu 1,24 milyard dollar artıb.

Bildirilib ki, birbaşa xarici borc bir ayda 53,44 milyard dollaradək, daxili borc isə 34,49 milyard dollaradək artıb.

Eləcə də təminatlı dövlət borcunun 10,10 milyard dollar təşkil etdiyi məlum olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki