image-61backend

Ukraynanın tarixi şəhərində Azərbaycan adına küçə verilməsi nəzərdə tutulur

image-reklam_sirab_01

Ukraynanın qədim və turistik şəhəri Roqatində Azərbaycan adına küçə açıla bilər.

Veteninfo.az “Report”un Şərqi Avropa bürosuna açıqlamasında şəhərin meri Sergey Nasalik bildirib.

O, qeyd edib ki, bu barədə artıq düşünürlər və bu, Ukrayna-Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlrinə töhvə vermiş olardı.

Nasalik həmçinin qeyd edib ki, onlar Roqatin ilə Azərbaycanın ötən il işğaldan azad edilmiş qədim və turistik şəhərlərindən biri ilə qardaşlaşma barədə təklif verməyə də hazırdırlar.

Qeyd edək ki, hazırda İvano-Franskovsk vilayəti ərazisində yerləşən Roqatin şəhərinin 1200-dən çox yaşı var və Karpat dağlarının ətəyində qərbi Ukraynanın turistik ərazilərindən hesab olunub. Osmanlı Sultanı Süleyman Qanunin ukaynalı xanımı Haseki Hürrəm Sultan (Roksalana) bu şəhərdə doğulub və böyüyüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki