image-3abackend

Ukraynanın Xarkov şəhərində “Azərbaycanın inkişafında lider fenomeni” adlı konfrans keçirilib.

image-reklam_sirab_01

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən konfrans müasir dövrün ən müdrik siyasətçilərindən biri – Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunub.

Konfransda Xarkov vilayət və şəhər Şurasının deputatları, Xarkov şəhər və Vilayət Dövlət Administrasiyasının rəsmiləri, alimlər, tanınmış ictimai-siyasi xadimlər, soydaşlarımız iştirak edib.

Konfrans Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Prezident İlham Əliyev haqqında sənədli film nümayiş etdirilib.

Azərbaycanın Xarkovdakı baş konsulu Əfqan Salmanov bildirib ki, Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Ən əsası isə Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, Ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillər oldu”, deyə Əfqan Salmanov əlavə edib.

İlk olaraq Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Skakun və Xarkov Vilayət Şurasının rəhbəri Tatyana Yeqorova-Lutsenko çıxış edərək Azərbaycanın inkişafında Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərindən, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən danışıblar. Onlar həmçinin Ukrayna-Azərbaycan dostluğundan, iki ölkə prezidentlərinin dost münasibətləri nəticəsində bütün sahələr üzrə əməkdaşlığın inkişafından ətraflı söhbət açıblar.

Xarkov merinin müavini Svetlana Qorbunova-Ruban çıxış edərək Xarkov ilə Azərbaycanın şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlıqdan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.

Xarkov Vilayət Şurası sədrinin birinci müavini Mark Bekker çıxışında deyib ki, Ukrayna və Azərbaycanın strateji tərəfdaş ölkələrə çevrilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.

Konfransda çıxış edən digər iştirakçılar Azərbaycan Prezidentinin düşünülmüş və uzaqgörən siyasətindən, Azərbaycan və Ukrayna münasibətlərindən danışıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image