“Seçki qərargahımın üzvləri, dəyərli dostlarımla birlikdə təşviqat materiallarını daha çox seçiciyə çatdırmaq üçün səylərimizi əsirgəmirik.”- bu fikirləri 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev bildirib.
Ülvi Quliyev qeyd edib ki, komanda üzvləri ünvan-ünvan gəzib hər bir seçici ilə maraqlanır .
” Biz hər ünvanda onlarla görüşərək və seçki platformamla bağlı onlara ətraflı məlumat veririk. Öz təşəbbüsü ilə seçki qərargahımıza gələn, fərdi dəstəyini ifadə edən Yasamal sakinlərinə ayrıca təşəkkür edirəm.”- deyə Ülvi Quliyev bildirib.