image-373373_res_01backend

UNICEF-in Azərbaycanda yeni Nümayəndəsi təyin edilib

image-reklam_sirab_01

UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş Nümayəndəsi Aleks Haykens Xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.

UNICEF-dən virtualaz.org-a verilən məlumata görə, UNICEF-in Azərbaycandakı Nümayəndəliyində işə başlamazdan öncə, A.Haykens dörd il UNICEF-in Monqolustandakı Nümayəndəsi olaraq fəaliyyət göstərmiş və uşaqların qorunması, sağlamlığı, qidalanması, su/sanitariya/gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik edib.

2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsi və ölkə daxilində soyuq zəncirin gücləndirilməsinə yönəldib. 2013-cü ildə UNICEF-in Nyu-Yorkdakı baş-qərargahında iqlim dəyişikliyi, ətraf-mühit və enerji üzrə qlobal müşavir olaraq UNICEF-də fəaliyyətə başlayıb. UNICEF-də fəaliyyətə başlamazdan öncə BMTİP və FAO-da Asiya-Sakit Okean bölgəsi boyu su, ətraf-mühit, iqlim dəyişikliyi, kənd təsərrüfatı və dayanıqlı inkişaf sahələrində çalışıb.

A.Haykens Utrext Universitetindən ətraf-mühit üzrə elmlər namizədi və biologiya üzrə magistr dərəcəsinə malikdir. Hollandiya vətəndaşıdır. O, Azərbaycana həyat yoldaşı və iki qızı ilə bərabər gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki