image-16304862322689560991_1000x669backend

ÜST koronavirusun “mu“ ştamını “maraq doğuran variant“ kimi dəyərləndirib

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun daha bir variantını “maraq doğuran variant“ siyahısına əlavə edib.

Veteninfo.az xəbər verir ki, bu, virusun “mu” adı ilə tanınan B.1.621 ştamıdır. İlk dəfə bu ilin yanvar ayında Kolumbiyada aşkarlanan həmin variantın peyvənd maddələrinə qarşı mümkün resistentliyə malik mutasiyaları müəyyən edilib. Beynəlxalq qurumun məlumatına görə, bu variant immunevaziv xüsusiyyət riskini biruzə verən mutasiyalar konstellasiyasına malikdir.

Qeyd edilib ki, Kolumbiyada koronavirusa yoluxma hallarının 39 faizi “mu“ variantının hesabına baş verir, qlobal yoluxmalarda həmin variantın payı isə 0,1 faizə bərabərdir. İndiyədək Kolumbiya ilə yanaşı bu varianta digər Cənubi Amerika ölkələri və eləcə də Avropada rast gəlinib.

Qeyd edilməlidir ki, koronavirus variantları ÜST tərəfindən iki kateqoriya üzrə təsniflənir. Müşahidə altına alınan variantlara “maraq doğuran variant“ (“variant of interest“) adı verilir.

Daha geniş miqyasda yoluxmalara səbəb olan variantlara isə “narahatlıq doğuran variant“ (“variant of concern“) adı verilir, onlara qarşı mübarizə aparmaq çətin olur və yoluxma nəticəsində xəstəliyin ağır formada və fəsadlarla keçməsi müşahidə edilir. Hazırda ÜST koronavirusun dörd variantını “narahatlıq doğuran variant“ (“alfa”, “beta”, “qama” və “delta”) hesab edir, onlardan 193 ölkədə yayılan “alfa” və 170 ölkədə yayılan “delta” variantları daha geniş yayılma arealına malikdirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki