image-vaksinbackend

ÜST payız fəsli üçün “buster” doza ilə bağlı tövsiyələr verib

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) payız fəsli üçün “buster” doza ilə bağlı tövsiyələr verib.

ÜST-nin Azərbaycan Nümayəndəliyindən verilən məlumata görə, COVID-19 vaksinasiyası ilə bağlı cari vəziyyət qurumun Avropa regionunda xəstəliyin mövcud və proqnozlaşdırılan epidemiologiyası və “Omikron” ştamına qarşı peyvəndin effektivliyinə dair sübutlara əsaslanaraq, İmmunlaşdırma üzrə Avropa Texniki Məsləhət Qrupu (ETAGE) üzv dövlətlərə yerli vaksinasiya strategiyasına uyğun olaraq müvafiq qrupların COVID-19 peyvəndinin ilkin 2 dozası və 1-ci “buster” dozasının qəbul edilməsi ilə bağlı səyləri gücləndirməyi tövsiyə edir.

Qeyd olunub ki, əlavə qorunmanı təmin etmək, ağır xəstələnmə, xəstəxanaya yerləşdirmə və COVID-19-dan ölüm riskini minimuma endirmək və səhiyyə xidmətlərinin davamlılığını maksimum dərəcədə artırmaq üçün ölkələr bu addımları atmalıdır.

5 yaşdan yuxarı orta və ağır immunçatışmazlığı olan şəxslərə və onların yaxın təmaslarına ikinci “buster” dozanın tətbiq edilməsi, yaşlılar, tibb işçiləri və hamilə qadınlar da daxil olmaqla, xüsusi risk qruplarına ikinci “buster” dozanın tətbiq edilməsi, mümkün olan hallarda COVID-19 və mövsümi qripə qarşı peyvəndlərin birgə tətbiqinin nəzərdən keçirilməsi tövsiyələr arasında yer alıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi COVID-19 vaksinasiyasına dair ən son tövsiyələri yerli səhiyyə tərəfdaşları ilə bölüşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image