image-58jpg-1613984480backend

ÜST rəsmisindən mühüm AÇIQLAMA: “Məqsəd…”

image-reklam_sirab_01

“Bu il COVID-19 pandemiyasının son ili olacaq”.

Veteninfo.az xəbr verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

Onun sözlərinə görə, məqsəd 2022-ci ilin ortalarınadək dünya ölkələrində əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvən olunmasından ibarətdir:

“Daha yüksək risk qrupuna aid insanlardan başlayaraq, əhalinin peyvəndlənməsini həyata keçirsək, pandemiyanın kəskin mərhələsinə son qoya bilərik. Ölkələr arasında peyvəndləmə göstəriciləri baxımından böyük uçurum var. Bərabərsizliyə son qoya bilsək, pandemiyaya da son qoya biləcəyik”, – deyə, Yazareviç deyib.

O 2021-ci ilin bir çoxlarımız üçün ağrılı keçdiyini vurğulayıb: “Omikron” ştamı “delta” ştamı ilə birlikdə dövr edir, həmçinin bu ştamlar dünya ölkələrinin səhiyyə sistemlərinə böyük təzyiq göstərir və göstərməkdə davam edəcək. Amma bu ilin boşa getməsinə imkan verə bilmərik. Ötən ilin bizə verdiyi dərsləri unutmamalıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki