“Ölkəmizin ərazi bütövlüyü üçün Ermənistan tərəfdaşlarını, o cümlədən Fransa ilə əlaqələri inkişaf etdirməklə, yeni əlaqələr yaratmaqla ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində addımlar atır”. Bunu Ermənistanın prezidenti Vaaqn Xaçaturyan “France 2” telekanalına müsahibəsində deyib.
O bildirib ki, Fransa və digər ölkələrlə hərbi sahədə əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. “Bu, yalnız müdafiə məqsədi daşıyır”.
Xaçaturyan Azərbaycanla münasibətlər də toxunub. “Əsas məqsədimiz Azərbaycanla sülh şəraitində yaşamaq problemini həll etməkdir”.


























