Venesuelanın şimalında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 36 nəfər ölüb, daha 56 nəfər itkin düşüb.
Bu barədə Venesuelanın daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos bildirib.
“Təəssüf ki, indiyə qədər bizdə 36 ölü var və 56 nəfər itkin düşmüş hesab olunur”, – o qeyd edib. Nazirin açıqlamaları Daxili İşlər Nazirliyinin tviter səhifəsində dərc olunub.
Qeyd edək ki, daha əvvəl 25 nəfərin öldüyü bildirilib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. “Karitas” xeyriyyə təşkilatının məlumatına görə, qasırğa nəticəsində 800-ə yaxın ev dağılıb.
Las-Texeriasda sürüşmə və daşqınlara səbəb olan güclü yağışlar oktyabrın 8-də başlayıb. Zərərçəkən ərazi fəlakət zonası elan olunub. Venesuela Prezidenti Nikolas Maduro oktyabrın 9-da insanların ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.