image-eaace4d0-22de-4002-bd9c-565a8385a098_850backend

Venesuelada daşqınlarda ölənlərin sayı 25-ə çatıb

image-reklam_sirab_01

Venesuelanın Araqua ştatında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 25-ə yüksəlib, 52 nəfər isə itkin düşüb.

Bu barədə ölkənin daxili işlər naziri Remixio Sebalyos bildirib.

“Hazırda 25 nəfərin meyiti aşkarlanıb, ölənlərin ailələrinə başsağlığı veririk. Bundan başqa, 52 nəfər itkin düşüb”, – naziri vurğulayıb.

00:40

Venesuelanın şimalında daşqınlar nəticəsində azı 22 nəfər ölüb, 52 nəfər itkin düşüb. Prezident Nikolas Maduro üç günlük matəm elan edib.

Bu barədə icraçı vitse-prezident Delsi Rodriges bildirib.

“Bu günə qədər 22 meyit tapılıb, 52-dən nəfərdən çox insan itkin düşüb”, – D.Rodriges qeyd edib.

Onun sözlərinə görə, Las-Teherias şəhəri yaxınlığında bir neçə dağ çayı öz sahilindən çıxıb.

“Prezident Nikolas Maduro ərazini fəlakət zonası elan edəcək və o, həmçinin üç günlük matəm elan edib”, – D.Rodriges əlavə edib.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki