image-77backend

Vətən müharibəsi şəhidimiz Xudayət Vilayət oğlu Orucovun şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub.

image-reklam_sirab_01

 


 

Ağstafa rayonunun Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz Xudayət Vilayət oğlu Orucovun şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub. Bu münasibətlə rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhidimizin ailəsini ziyarət edib. Onun vətən, tirpağ uğrunda göstərdiyi şəxsi igidliyi və şücaətindən geniş bəhs olunub, əziz xatirəsi ehtiramla anılıb.

4 sentyabr 1987-ci ildə anadan olan Xudayət Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 44 günlük Vətən müharibəsinə qatılıb. 4 noyabr 2020-ci il tarixində Laçının azadlığı uğrunda gedən amansız döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Xudayət, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Laçının azadlığı uğrunda” medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət etsin!

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki