image-2fe7746e-690b-34f1-8e8c-ffb9485e488e_850backend

“Vietnam Airlines”in təyyarəsi Bakı hava limanında təcili eniş edib

image-reklam_sirab_01

Vietnam Airlines” aviaşirkətinin hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Frankfurt-Xo Şi Min reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

“Boeing B787” təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki