image-8db461c3-6c67-3c4d-b01a-24ef83f11f17_850backend

WP: İstintaq Baydenin oğluna ittiham irəli sürmək üçün kifayət qədər sübut toplayıb

image-reklam_sirab_01

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları Amerika lideri Cozef Baydenin oğluna qarşı vergi cinayətlərində və silahların əldə edilməsi ilə bağlı yalan şahidlikdə ittiham irəli sürmək üçün kifayət qədər sübut toplayıblar.

Bu barədə mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

Qeyd olunub ki, Hanter Baydenə qarşı bu ittihamlarla bağlı son qərarı Delaver ştatının prokuroru Devid Vays verəcək.

D. Vaysın mətbuat ofisi, FTB, Ədliyyə Departamenti və ABŞ vergi idarəsi qəzetin məlumatla bağlı sorğusuna cavab verməyib. Hanter Baydenin vəkili Kris Klark müstəntiqləri məlumat sızdırmaqda ittiham edərək, bunu dövlət cinayəti adlandırıb.

Xatırladaq ki, 2014-2015-ci illərdə Hanter Bayden “Burisma”nın direktorlar şurasında olub, vasitəçilik, konsaltinq və lobbiçilik xidmətləri üçün ayda təxminən 50 000 ABŞ dolları alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki