image-9dv4zhreyqgjxnuiwrorfufow6zd6dzoztrug8cibackend

Xaçmaz sakini itkin düşüb

image-reklam_sirab_01

Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Qəfarov iyun ayının 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, H.Qəfarov 170 sm boylu, arıq bədən quruluşludur.
Evdən çıxarkən onun əynində sarı köynək, göy rəngli şalvar və boz rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Veteninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki