image-4backend

Xarici diplomatlar Azərbaycanın turizm imkanları haqqında məlumatlandırılıb

image-reklam_sirab_01

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün ölkəmizin destinasiya təqdimatı tədbiri keçirilib.

Vətəninfo.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə təşkil edilmiş tədbirdə Azərbaycanda fəaliyyət göstərən 60-dan çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların əməkdaşları, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

Təqdimat tədbirində çıxış edən agentliyin aparatının rəhbəri Kənan Qasımov tədbirin Azərbaycanın turizm təcrübələrinin və həyata keçirilən fəaliyyətlərin bölüşülməsi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycanın turizm potensialını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilib və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov təqdimatla çıxış edib.

Təqdimatda iştirakçılara Azərbaycan Turizm Bürosunun turizm strategiyasının təməl prinsip və prioritetləri, gəlmə turizmi üzrə statistik göstəricilər, cari il ərzində hədəf bazarlarında planlaşdırılan tədbirlər, media və marketinq fəaliyyətləri, Azərbaycanın əsas turizm marşrutları, turizm xidmət və məhsulları və turizm sənayesinin inkişafına istiqamətlənən təşəbbüslər və digər mövzular haqqında məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image