image-228578_d22h0y4d85backend

Xəzərdə dalğanın hündürlüyü 3.6 metrə çatıb

image-reklam_sirab_01

Ölkə ərazisində faktiki hava açıqlanıb.

ETSN-dən Veteninfo.az-a bildirilib ki, sentyabrın 3-ü saat 09:00 -a olan məlumata əsasən, ölkə ərazisındə hava şəraiti əsasən yağmursuz keçib, Qusarda isə 0.3 mm yağış yağıb, bəzi rayonlarda şimal-qərb küləyi güclənib.

Küləyin maksimal sürəti Tovuzda 30 m/s, Tərtər, Naftalan, Gəncədə 28 m/s, Bərdədə 26 m/s, Zərdab, Ağdam, Mingəçevirdə 24 m/s, Şərur, Ağstafada 20 m/s, Xaçmaz, Ceyrançöldə 18 m/s, Kəlvəz, Yevlax, Xınalıqda 16 m/s, Şəmkirdə 15 m/s təşkil edib.

Külək Bakıda arabir 23 m/s, Neft Daşlarında 24 m/s, Pirallahı, Qum adası, Çilov adasında 20 m/s, Maştağada 19 m/s, Sumqayıt, Binə 18 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.6 metrə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki