“Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda Bakı və Mingəçevir şəhərlərində tədbirlər keçirilib. Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər təşkili” adlı layihə çərçivəsində icra olunub. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Murad Ələsgərli qeyd edib ki, layihə üç ay müddətində davam edib: “Bu müddət ərzində uşaqlar haqqında informasiya yayımını ehtiva edən müasir nəzəri fikirlər araşdırılıb. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdirilərək, məqalə halına salınıb, KİV-lərdə dərc edilib. Bundan əlavə, Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri və sosial media fəallarının iştirakı ilə seminarlar keçirilib”.